Əsas məzmuna keç

Qəzəl

Könül verdim, cəfasın bilməz idim

Şah İsmayıl Xətai

1

Könül verdim, cəfasın bilməz idim, Bəli dedim, bəlasın bilməz idim.

Ləbinə can dedimsə, tökmə qanım, Sorub səndən bəhasın bilməz idim.

Vüsalından doyunca almadım kam, Anın ruzi-cəzasın bilməz idim.

Saçın pürçin dedim, bəndinə düşdüm, Bu çin sözün xətasın bilməz idim.

Xətayi təl’ətin həqdən dilərdi, Qəbul olmuş duasın, bilməz idim.

Lüğət: Çin – düz, doğru, qıvrım

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.