Əsas məzmuna keç

Qəzəl

Könül təpidələnir, yoxsa nazlı yar gəlir

Seyid Əzim Şirvani

1

Könül təpidələnir, yoxsa nazlı yar gəlir, Uçur gözüm, məgər ol sərvi-gülüzar gəlir?

Səba gətirdi genə müjdeyi-gülüstanı, Şükufələr açılır, fəsli-novbahar gəlir.

Zibəs ki, müntəzirəm, hər ayaq sədasından Təsəvvür eyləyirəm bəlkə nazlı yar gəlir.

Əyağı al ələ, saqi, mənə peyapey ver, Amandı, qoyma, mənim başıma xumar gəlir.

Şərari-tiğ ilə yandır məni, əgər məndən, Həbibim, ayineyi-könlüvə qübar gəlir.

Məgər ki, rəhküzəri-yardə açıb zülfün, Məşamə ləxləxeyi-nafeyi-tatar gəlir.

Zibəs ki, arizüvün həsrətin çəkər Seyyid, Açılsa yuz güli-tər gözlərinə xar gəlir.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.