Əsas məzmuna keç

Qəzəl

Könül ta kim, ğəminlən aşinadır

Şah İsmayıl Xətai

1

Könül ta kim, ğəminlən aşinadır, Qərarü səbrdən mütləq cüdadır.

Könül pənd almadı, sevdi yüzünü, Ana bu dərdü möhnətlər səzadır.

Gəl ey həmdəm, həzər qıl, eşqə düşmə, Bəladır xubları sevmək, bəladır.

Nola aşiqləri öldürsən, ey dust, Ləbin bir busəsi yüz xunbəhadır.

Könül bir yarə vermişdir Xətayi, Eşigində səlatinlər gədadır.

Lüğət: Cüda – ayrı; Pənd – nəsihət; Xublar – gözəllər; Xunbəha – qan bahası

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.