Könül, şad ol ki, canan gəldi, derlər
Könül, şad ol ki, canan gəldi, derlər. Bu mürdə cisminə can gəldi, derlər.
Şikayət eyləmə sən hicr əlindən, Sənin dərdinə dərman gəldi, derlər.
Bu zülmət cövrini çox çəkdi bülbül, Bahar irdi, gülüstan gəldi, derlər.
Qarınca bağladı bel xidmətinə, Əsən yellər Süleyman gəldi, derlər.
Xətayi, can fəda dostun yoluna, Bu gün dost sana mehman gəldi, derlər.
Lüğət: Mürdə – ölü; Hicr – ayrılıq; Cövr – zülm; Əsən – sağ