Əsas məzmuna keç

Qəzəl

Könül, səccadəyə basma ayaq, təsbihə əl urma

Məhəmməd Füzuli

1

Könül, səccadəyə basma ayaq, təsbihə əl urma, Namaz əhlinə uyma, onlar ilə durma, oturma!

Əgilib səcdəyə, salma fərağət tacını başdan, Vüzudən su səpib, rahət yuxusun gözdən uçurma!

Saqın, pamal olursan buriya tək, məscidə girmə Və gər naçar girsən, onda minbər kimi çox durma!

Müəzzin naləsin alma qulağə, düşmə təşvişə, Cəhənnəm qapısın açdırma, vaizdən xəbər sorma!

Cəmaət izdihami məscidə salmış küdurətlər, Küdurət üzrə, lütf et, bir küdurət sən həm arturma!

Xətibin sanma sadiq məscidin, qovlilə fe’l etmə, Imamın sanma aqil, ixtiyarın ona tapşurma.

Füzuli, bəhrə verməz taəti-naqis, nədir cəhdin, Kərəm qıl, zərqi taət surətində həddən aşurma!

Lüğət: Səccadə – canamaz, namaz xalçası; Zərq – hiylə, biclik

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.