Əsas məzmuna keç

Qəzəl

Könül sarayına mehri buraxdı ta tabi

İmadəddin Nəsimi

1

Könül sarayına mehri buraxdı ta tabi, Gözümdən oğru xəyalın oğurladı xabı.

Cigər damarı gözündən yol eyləmiş çeşmə, Bu babdən cigəridir bu çeşmənin abı.

Müdam cami-ləbin həsrətindən axar yaş, Bəbəkləri qədəhindən şərabi-innabı.

Gözüm səvadinə girmiş bənin kimi nəqşin, Qaranqudan necə bulmuş bu oğru ol babı?

Cəmalını diləyən ayə iltifat etməz, Kim arzulaya günəşin qatında mehtabı?

Şərabi-lə’linə saqi əcəb, nə qatmışdır Ki, bixud edərü mədhuş şeyx ilə şabı?

Götür niqabı, cahanı cəmali-hüsn ilə dut Ki, bəylik etməyə cəm eyləmişdir əsbabı.

Təbəssümə gəlicək gül kimi dodaqların, Ziyafətində qılır qərqə şəkkəri-nabı.

Fəraqi-cövrünə qatlan, Nəsimi, gəl səbr et, Ola ki, açıla bir gün vüsal əbvabı.

Lüğət: Cami – müsəffa – Saf şərab; Şərabi – nab – Saf şərab; Əsbab – Səbəblər

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.