Əsas məzmuna keç

Qəzəl

Könül o ləli-ləbündən şərabi-nab istər

Məhəmmədəli Şəfai

2

Könül o ləli-ləbündən şərabi-nab istər, Xərabi gör ki, özün bir daha xərab istər.

Xumar gözlərün öylə edib xumar məni. Ki, xatirim nə meyi-nab, nə şərab istər.

Tülu edəndə cəmalın səhabi-zülfündən, Günəş girər buluda pərdəyi-hicab istər.

Cahanə şəmsəyi-hüsnün saçanda nəməyi-nur, Nə gecə mah, nə gündüzlər afitab istər

Günah edib məni vəslündən eyləmə məhrum, Tərəhhüm eylə, əgər xatirün səvab istər.

Zəkati-hüsnünü bir busə iylə eylə əda, Hesabi-həq günü səndən o həq hesab istər.

Şəfai, sanma sığar bir qəzəldə vəsfi nigar, Nigar vəsfi mücəlləd neçə kitab istər.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.