Əsas məzmuna keç

Qəzəl

Könül ələmlərini mən verim xəbər, sən eşit

Məhəmməd Füzuli

1

Könül ələmlərini mən verim xəbər, sən eşit! Xəbərsiz olma qəmimdən, bu pəndi məndən eşit!

Nə etibar rəqibə, ona qulaq asma, Sözü bu qəlbini eşqində zar edəndən eşit!

Onun dolaqlarının vəsfini soruş məndən, Könül, hekayəti-Şirini Kuhkəndən eşit!

Olarsa feyzi-Məsiha həvası başında, Həyatbəxş hədisi o güldəhəndən eşit!

Çəməndə gəl nəzər et, xaki-payin olmaq üçün Olan mübahisəni sünbülü səməndən eşit!

Bilirmisən sənin ol dərdinin bəhası nədir? Qulaq verib sinəmə, bəhsi-canla təndən eşit!

Füzuli dərdi-dilindən düzəltdi bir qissə, Bu köhnə qissəni, gəl tazə söyləyəndən eşit!

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.