Əsas məzmuna keç

Qəzəl

Könül bir yarı sevdi kim, pəridir

Şah İsmayıl Xətai

1

Könül bir yarı sevdi kim, pəridir, Cahan içrə gözəllər sərvəridir.

Boyi bağ içrə sərvi-nazə bənzər, Yanağı həmçü vərdi-əhməridir.

Yüzidir nisbəti-xurşidi-taban, Fələkdə məh aninçün Müştəridir.

Əgər xaqan, əgər fəğfur olursa, Eşigi itlərinin kəmtəridir.

Yüzi səhni-gülüstan içrə güldür, Saçının buyi müşkü ənbəridir.

Kim anın vəslinə bir dəm irişsə, Cəmii-mülki-aləmdən bəridir.

Saçının rəngidir çün leylətül-qədr, Cəmali nuri şəmsi-xavəridir.

Əzəldən ani sevdim canü dildən, Sağınmasun ki, eşqim sərsəridir.

Baxub heyran olur hüsninə aləm, Xətayi xəstənin ol dilbəridir.

Lüğət: Vərdi – əhmər – qırmızı gül; Əhmər – qırmızı; Xurşid – günəş; Taban – parlaq; Məh – ay; Kəmtər – lap az, azacıq, etibarsız; Səhn – səhnə, həyat, meydan; Leylətül – qədir – qədir gecəsi; Nuri – rəhman – ilahi nur; Şəmsi – xavəri – Şərq günəşi

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.