Könül ayinəsində əks olan, ey məhliqa, sənsən
Könül ayinəsində əks olan, ey məhliqa, sənsən, Unutsan da məni, bil, xatirimdə daima sənsən.
Təmaşayi-cəmalından necə mən göz çəkim, canan, Üzündür qiblə, məbudum mənim, ey dilrüba, sənsən.
Sənə oxşatdığımdandır gözüm qalmış sənəmlərdə, Məni biganəyə mayil qılan, ey bivəfa, sənsən.
Əgər məftunu oldum qönçələb dilbərlərin bunca, Qılan eşqi mənə, onlara bu hüsnü əta sənsən.
Çəkərlər kuyinə boynumda zəncir nazlı dilbərlər, Bu zənciri salan boynuma, ey zülfü qara, sənsən.
Kəsildi iltifatın, müşkülə düşdü işim, rəhm et, Mənə şəfqətlə bax, dərdimə varsa bir dəva, sənsən.
Füzuli, doğru bir yol tut, vəfadar ol o dildarə, Səbat ilə dayan, bu yolda Xızri-rəhnüma sənsən.