Könül ağlar göz ilə bax o günəş rüxsarə
Könül ağlar göz ilə bax o günəş rüxsarə, Islanan pərdəsinə gözlərimin et çarə.
Ey səba, kim dedi əfğanım ona söyləyəsən, Min cəfalar verəsən sən o güli-bixarə.
Bir niqab oldu bu torpaq bədənim, canım üçün, Düşər ol pərdə, gözüm düşsə camali-yarə.
Aramızda mənim öz varlığım olmuşdur hicab, Göstər atəşli üzün, sal bu hicabi narə.
Iltifat eylə, rəqibə bu qədər vermə könül, O bir itdir, onu bir daşla elə avarə.
Rəhmsizliklə məni eyləmə gəl bunca xərab, Nola hərdəm nəzər etsən bu dili-bimarə.
Zöhdü təqva ilə aləmdə, Füzuli, nə işin, Bu əzaba özünü kim dedi sal, biçarə?