Könlümün zövqinə bir qönçədəhəndir bais
Könlümün zövqinə bir qönçədəhəndir bais, Ləzzəti-ruhuma ol təlxsüxəndir bais.
Şövqi-kuyinlə işim ahü fəğandır, ey gül, Bülbülün naləsinə yadi-çəməndir bais.
Simgun seyli-sirişkim ki, gözümdən saçılır, Bir büti-ləli-ləbü simbədəndir bais.
Dil ki, zülfündə qara gün çəkibən səbr eylər, Onda mu qədri olan hübbi-vətəndir bais.
Ney təki dil ki, nəvalər yetirir üşşaqə, Bir Hüseyni-nəsəbü vəchi-həsəndir bais.
Dil ki, nadidə olub aşiqi-didar sənə, Ey ləbi ləli-Yəmən, Veysi-Qərəndir bais.
Ləbi-şirinini vəsf et o gülün kim, Seyyid, Şuri-əşarüvə aləmdə bu fəndir bais.