Əsas məzmuna keç

Qəzəl

Könlümün viranəsində gənci-pünhan bulmuşam

İmadəddin Nəsimi

1

Könlümün viranəsində gənci-pünhan bulmuşam, Olmuşam şol maha qurban, yüz dilü can bulmuşam.

Eşq dərdindən qaçan könlüm usana, çünki mən Dilbərin dərdində hər dəm bunca dərman bulmuşam.

Küfr əgər iman deyilsə pəs niçün düşmüş ki, mən Küfri-zülfün həlqəsində nuri-iman bulmuşam?

Xızr əgər zülmata vardı, istədi abi-həyat, Mən dodağın çeşməsində abi-heyvan bulmuşam.

Dişlərin əksi, nigara, könlümə nəqş olalı, Gözlərim bəhrində hər dəm dürrü mərcan bulmuşam.

Rövzeyi-rizvanə də’vət qılma, ey zahid, məni, Çün mən ol dərgahdan səhni-gülüstan bulmuşam.

Ey Nəsimi, canımı şol qaşa qurban eylədim, Gör nə gögçək şol hilali-yayə qurban bulmuşam.

Lüğət: Gənc – Xəzinə; Şol – O; Əksi – Nöqsan

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.