Əsas məzmuna keç

Qəzəl

Könlümün şəhrini çün kim, eylədi yəğmayi-eşq

İmadəddin Nəsimi

1

Könlümün şəhrini çün kim, eylədi yəğmayi-eşq, Saldı aləm mülkünə şuri-şərü qovğayi-eşq.

Çıxdı sərvim, aləmə əsrarımı faş eylədi, Halıma həmdəm olandan dünyada sevdayi-eşq.

Qalmadı namusü namım eşq içində zərrəcə, Qoymuşam namusü namı, olmuşam şeydayi-eşq.

Nitq imiş aləmdə mövcud, eşq imiş qayimməqam, Bizə bildirdi əzəldən rəhbəri-mövlayi-eşq.

Sən humayun laməkansan, kəndözündən bixəbər, Gəlmədin ta kim, görəsən mənzili-ə’layi-eşq.

Çıx qəfəsdən, gəlgil, ey bülbül, gülüstan seyrin et, Bas qədəm meydani-eşqə görəsən mə’vayi-eşq.

Eşq ilə hər dəm, Nəsimi, seyr edərsən Kuhi-Qaf, Sənsən ol ali məqamda şəhpəri-ənqayi-eşq.

Lüğət: Əsrar – Sirlər

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.