Əsas məzmuna keç

Qəzəl

Könlümün şadlığıdır, qəlbimə sultandı qəmin

Məhəmməd Füzuli

1

Könlümün şadlığıdır, qəlbimə sultandı qəmin, Gözümün pərdəsidir pərdeyi-xaki-qədəmin.

Vədə vermiş bu gecə ay kimi yarım, ey sübh, Tez açılma, səni tanrı, bizə göstər kərəmin.

Qəlbimin dərdlərinə başqa əlac eyləmə gəl, Mənə çox faydalıdır şərbəti-zövqü ələmin.

Məncə layiqdi bütün yer üzünə şahlıq edə Olsa hər kimsə əgər məhrəmi-xaki-hərəmin.

Bir dəm olmaz ki, düyün vurmaya can riştəsinə, Qəlbimi eyləmiş aşüftə o geysuyi-xəmin.

Qalmadı göz yaşımız gözdə sənin zülmündən, Bizi əfv eyləyə bəlkə bu kəramət qələmin.

Qoymur əğyar Füzulini vurub öldürəsən, Nə yaman zülm çəkir gör bu şəhidi-sitəmin.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.