Əsas məzmuna keç

Qəzəl

Könlümün gözləri yar nərgisinə saldı nəzər

Məhəmməd Füzuli

1

Könlümün gözləri yar nərgisinə saldı nəzər, Yox təəccüb, qarə bəxtim mənə vermirsə səmər.

Bir təmiz gözlə baxır ay üzə hər kəs, yeri var Göz yumub aləmə, hiss etməyə dünyada əsər.

Ölməsəm eşqinin uğrunda, vəfalı deyiləm, Bu yolumdur mənim, eşqin yolunu sanma hədər.

Necə hicr atəşinə yanmaya sevdalı könül, Vəslə göz dikmiş, onun vardı günahı nə qədər.

Sanma dirlik suyun, Isa nəfəsin çox da hünər, Kim tökür göz yaşı dünyada odur canlı bəşər.

Bu könül mülkü gərək qalmaya viranə, xərab, Şahı var sən kimi, təmir olunur şamü səhər.

Varmı bir an ki, Füzuli unuda dərdi, qəmi, Eşq sultanı olub, ordusudur qüssə, kədər.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.