Əsas məzmuna keç

Qəzəl

Könlümün cövr təmənnası var ol bədxudən

Məhəmməd Füzuli

1

Könlümün cövr təmənnası var ol bədxudən, Yenə könlüm bu təmənnadadır ol ahudən.

Başını həlqeyi-zənciri-cünundan çəkməz, Kami-dil istəsə hər kəs o xəmi-geysudən.

Dün səba nafənin əhvalını ta verdi xəbər, Qəlbi odluydu o dəm sünbüli-ənbər budən.

Bisəbəb guşeyi-mehraba əyilməz zahid, Bir təmənnayi-nəzər eylər o, kəc əbrudən.

Hər gözəl yarı mələklərlə bərabər tutma, Özü göyçəksə də, yox faidə ol bədxudən.

Sihhətindən necə bəs eyləməsin qəti-nəzər, Xəstələnmiş könül gər o gözü cadudən.

Eşqi mən etmə Füzuliyə sən, ey şeyx, hamı Zövq alar dəhrdə bir naz eləyən məhrudən.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.