Əsas məzmuna keç

Qəzəl

Könlümi çəkdi, şəha, daği-ğəmin dağ üstünə

Şah İsmayıl Xətai

1

Könlümi çəkdi, şəha, daği-ğəmin dağ üstünə, Yenə ol mahin fəraqi çəkdi bir dağ üstünə.

Zülfü ruyin xətti tək heç kimsə dəftər yazmamış, Ta ki, aləmdə yazılmışdır qara ağ üstünə.

Gərçi güllər çox bitər aləm gülüstanında, leyk Gül yüzün tək bitməmiş heç gülşənü bağ üstünə.

Ağ yüzünün üstən ol zülfi-siyahini götür, Bilməzəm həmra gülün neyçün qonar zağ üstünə?

Bu Xətayi xəstədil hər dəm ümidi-vəsl içün Döşəmişdir yüzüni qapunda toprağ üstünə.

Lüğət: Xətt – yanaq, yazı; Siyah – qara; Həmra – qırmızı, al; Zağ – qara qarğa; Vəsl – qovuşmaq

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.