Könlümə xoşdu mənim sevgili canan, ey şeyx
Könlümə xoşdu mənim sevgili canan, ey şeyx! Deyiləm körpə ki, mən aldanam asan, ey şeyx!
Saxlama gəl məni ayüzlülərin eşqindən, Vurma yüz tənə mənə hər zaman, hər an, ey şeyx!
Içirəmsə bu gözəl badəni mən gənclikdə, Məsləhət görmüş onun gərdişi-dövran, ey şeyx!
Oldu əhli-nəzərin qibləsi cananın üzü, Bunu inkar eləməz məncə müsəlman, ey şeyx!
Mey içib gəncləşərik, yoxsa qocalmaqla keçər Günləri ömrümüzün zarü pərişan, ey şeyx!
Umma, gəl, sən bu Füzulidən edə sevgini tərk, Deyil asan keçəsən qəlblə candan, ey şeyx!