Könlümdəki qəm qönçeyi-xəndanın üçündür
Könlümdəki qəm qönçeyi-xəndanın üçündür, Göz yaşlarım ol ləli-dürəfşanın üçündür.
“Aşüftəliyim sünbüli-mişkinin ucundan, Sərgəştəliyim sərvi-xuramanın üçündür”.
Təsbeh kimi yüz üqdeyi-qəm rişteyi-canda, Min həsrət ilə ol düri-dəndanın üçündür.
Ümmidi-xilas etməməyim dami-bəladən Ancaq sənin ol zülfi-pərişanın üçündür.
Vəslin günü mümkün deyil hərgiz mənə şadlıq, Könlümdəki qorxu şəbi-hicranın üçündür.
Bir kimsə qutarmaz məni ölməklə bəladən, Can həsrəti ol nərgisi-fəttanın üçündür.
Müşkül ki, Füzuli, edəsən qeyrdən əfğan, Hər günkü fəğanım sənin əfğanın üçündür.