Əsas məzmuna keç

Qəzəl

Könlümdə mənim eşqi-camalın əzəlidir

İmadəddin Nəsimi

1

Könlümdə mənim eşqi-camalın əzəlidir, Şol nəsnə kim, oldu əzəli, ləmyəzəlidir.

Nəfsini biləndir ki, yəqin rəbbini bildi, Həqdən bu məqamata irən bil ki, vəlidir.

Nəfsini bilən bil ki, həqi bildi həqiqət, Inkarına bel bağlama kim, qövli-Əlidir.

Ey üzü turuş xəl kimi zahid, meyə sun kim, Safi ləbinin dadlu şərabı əsəlidir.

Ey yarını dünyayavü üqbaya verən, gəl, Bul nəsnəyi dünyada ki, yarın bədəlidir.

Endirmədi baş əhsəni-təqvimə əzazil, Anı buraxan lə’nətə, anın cədəlidir.

Idrak edəməz surətini görməyən ə’ma, Şol mə’niyi kim, hüsni-camalında cəlidir.

Saf olmayan altun kimi mehrinlə cahanda, Şol üzüqara qəlb imiş, adı zəğəlidir.

Ey yara fəda eyləmyən canını aşiq, Mə’şuqdan uy vermə ki, eşqin əməlidir.

Aşiqlərinin qanına bandırdı əlin dost, Şol qana girən daim anın simin əlidir.

Çün buldu Nəsimi əbədi ömr saçından, Şol dirliyi neylər ki, zamani-əcəlidir.

Lüğət: Şol – O; Nəsnə – Bir şey; Ləmyəzəl – Əbədi, ölməz; Qövl – Qohum; Əsəl – Bal; Yarın – Səhər; Üqba – O dünya

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.