Əsas məzmuna keç

Qəzəl

Könlüm istər vəslin, ey sevgi canan, yenlədən

Şah İsmayıl Xətai

1

Könlüm istər vəslin, ey sevgi canan, yenlədən, Abi-lə’lindən qılam bu dərdə dərman yenlədən.

Yüzünə şeytan kimi ta qılmadı zahid sücud, Mütləqa kafərdir ol, gətürsün iman yenlədən.

Eşq gəldi könlümə, hökm etdi canım mülkinə, Şükr kim, öz təxtinə uş gəldi sultan yenlədən.

Gəl vəfa rəsmin aradan sən götürmə, mən dəxi Qılalı bir sidq ilən bir əhdü peyman yenlədən.

Zülf ilən xəttü ləbini kim ki, gördü söylədi: – Xızr ilən zülmatə girmiş abi-heyvan yenlədən.

Mah rüxsarın görüb iqrarə gəldi müddəi, Çün zühur oldu yüzündən nuri-rəhman yenlədən.

Qapuna gəldi gəda tək bu Xətayi xəstədil, Sən ana qıl, ey sənəm, bir lütfi ehsan yenlədən.

Lüğət: Vəsl – qovuşmaq; Abi – həyat – dirilik suyu; Xətt – yanaq, yazı; Mah – ay; Nuri – rəhman – ilahi nur; Rəhman – şəfqətli, rəhmli

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.