Əsas məzmuna keç

Qəzəl

Könlüm fəraq içində cəmalın dilər sənin

Şah İsmayıl Xətai

1

Könlüm fəraq içində cəmalın dilər sənin, Baxmaz çinarə, qəddi-şümalın dilər sənin.

Növ ayi gögdə, istər isə xəlq eyd içün, Çeşmim həmişə qaşi-hilalın dilər sənin,

Yarəb, zəvalın olmasun, ey afitabi-hüsn, Aşiq cahanda hüsni-cəmalın dilər sənin. ____________ 1 Xətayi “Divan”ının Vatikan nüsxəsindən götürülmüş bu qəzəldə həmin misra qüsurludur, qafiyə pozulur. Didarə sözünün yerinə cananə, məstanə və buna bənzər bir söz yazılsa, qafiyə düzələr.

Dünyadə gərçi olmadı vəslin mana nəsib, Könlüm gözümdə xeyli-xəyalın dilər sənin.

Ta kim, Xətayi gördü yüzün, ey məhi-Xötən, Səhrayi-dildə çeşmi-ğəzalın dilər sənin.

Lüğət: Eyd – bayram; Çeşmi – giryan – ağlar göz; Hilal – aypara; Zəval – bəla, məhv olma; Hüsn – gözəllik; Vəsl – qovuşmaq; Çeşm – göz

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.