Könlüm eşqin ilə rüsvayi-cahan oldu bu gün
Könlüm eşqin ilə rüsvayi-cahan oldu bu gün, Qəlbimin gizli olan dərdi əyan oldu bu gün.
Ruzigarım qara gər keçsə, təəccüb eləmə, Nazərimdən gün üzün çünki nihan oldu bu gün.
Gözdə bir vaxt ürək qanı məkan etmiş idi, Getdi sərvim, onun ardınca rəvan oldu bu gün.
Bu gecə uyquda gördüm xəmi-geysulərini, Bu pərişanlığımın vəchi haman oldu bu gün.
Qəlbimdə guşeyi-çeşm ilə nəzər qıldı dünən, Könlüm ol guşeyi-çeşmə nigaran oldu bu gün.
Badədən, müğbeçədən tapdı, xudaya, nə səfa Ki, könül mötəkifi-deyri-müğan oldu bu gün.
Mən edib dün bu Füzulini qapıdan itlər, Səbəb oldur ki, işi ahü fəğan oldu bu gün.