Əsas məzmuna keç

Qəzəl

Könlüm açılır zülfi-pərişanını görgəc

Məhəmməd Füzuli

1

Könlüm açılır zülfi-pərişanını görgəc, Nitqim tutulur qönçeyi-xəndanını görgəc.

Baxdıqca sənə qan saçılır didələrimdən, Bağrım dəlinir navəki-müjganını görgəc.

Rə’nalıq ilə qaməti-şümşadı qılan yad, Olmazmı xəcil sərvi-xuramanını görgəc?

Çox eşqə həvəs edəni gördüm ki, həvasın Tərk etdi, sənin aşiqi-nalanını görgəc.

Kafər ki, degil mö’tərifi-nari-cəhənnəm, Imanə gələr atəşi-hicranını görgəc.

Naziklik ilə qönçeyi-xəndanı edən yad, Etməzmi həya lə’li-dürəfşanını görgəc?

Sən hali-dilin söyləməsən, nola, Füzuli, El fəhm qılır çaki-giribanını görgəc.

Lüğət: Navək – ox

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.