Əsas məzmuna keç

Qəzəl

Kirpiyindən qanlı bir köynək geyinmişdir tənim

Məhəmməd Füzuli

1

Kirpiyindən qanlı bir köynək geyinmişdir tənim, Göz yaşımla çak-çak olmuşdur ol pirahənim.

Kuyinə başla qədəm qoydum ki, torpaq öpmədə Qoy giribanım şərəf tapsın, nəinki damənim.

Qibtədən öz qanımı töksəm, təəccüb eyləmə, Çün sevənlər ol gülü əvvəldən olmuş düşmənim.

İstərəm qəmlə giribanım olaydı çak-çak Kim, təəllüq riştəsindən qurtaraydı gərdənim.

Göz yaşım girdaba qərq eylər məni hicran günü, Olmayır dövrəmdə çör-çöpdən səva bir kəs mənim.

Sənsən ol kəs, etməsən divanələr halına rəhm, Mən haman divanəyəm kim, çöllər olmuş məskənim.

Keçdi çox illər, Füzuli, görmədim öz yarımı, İntizarında işıqdan düşdü çeşmi-rövşənim.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.