Kirpiyimdən qan sızar şamü səhər, bilməm neçin
Kirpiyimdən qan sızar şamü səhər, bilməm neçin? Canımı üzməkdədir sonsuz kədər, bilməm neçin?
Halimə heyran ikən aləm, özüm heyrətdəyəm Kim, mənim halimə heyrandır bəşər, bilməm neçin?
Ol qədər hali pərişanəm, pərişan xatirim Anmayır hardan pərişanlıq yetər, bilməm neçin?
Yar könül dərdinə yüz dərman bilir, məndən vəli Bildiyin inkar edir ol simbər, bilməm neçin?
Qalmışam avarə, sərgərdan, yarımdan mən cüda, Çərx edibdir mən fəqiri dərbədər, bilməm neçin?
Nalədən, fəryaddən könlüm təsəlli tapmayır, Vəsli də, hicranı da qılmaz əsər, bilməm neçin?
Ey Füzuli, öldürər dərdim məni, axtarmaram Nə təbibdən, nə dəvadan bir xəbər, bilməm neçin?