Əsas məzmuna keç

Qəzəl

Kimsədə rüxsarına taqəti-nəzzarə yox

Məhəmməd Füzuli

1

Kimsədə rüxsarına taqəti-nəzzarə yox, Aşiqi öldürdü şövq, bir nəzərə çarə yox.

Bağrı bütünlər mənə tə’nə edərlər müdam, Halımı şərh etməyə bir cigəri parə yox.

Yığıdı mənim başıma dəhr qəmin, neyləsin, Badiyeyi-eşqdə mən kimi avarə yox.

Dəhrdə həmta sənə var pərirüx desəm Var gözəl çox, vəli sən kimi xunxarə yox.

Gözdə gəzib cizginir qətreyi-əşkim müdam, Qətreyi-əşkim kimi çərxdə səyyarə yox.

Çak görüb köksümü qılma ilacım, təbib, Zaye’ olur mərhəmin, məndə bitər yarə yox.

Zarlığm eşqdən var, Füzuli, vəli, Ol məhi-bimehrdən rəhm məni-zarə yox.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.