Əsas məzmuna keç

Qəzəl

Kimsə mən tək dəhridə dildaridən ayrılmasın

Məhəmmədəli Şəfai

4

Kimsə mən tək dəhridə dildaridən ayrılmasın Düşməsin dərdi fəraqə yaridən ayrılmasın.

Qalmasın künci-qəfəsdə mən kimi nalanü zar, Bülbüli-şeyda kimi gülzaridən ayrılmasın.

Dideyi-xunbarimə tar oldu bu dünya, görüm, Açmasın güllər, xəzan gülzaridən ayrılmasın.

Ayrı saldı xalın ol çeşmi-xumarından məni, Həlqəyi-zənciri-zülfün taridən ayrılmasın.

Qarə olsun yarəb əğyari-cəfakarın üzü, Görməsün bir ağ gün, azaridən ayrılmasın.

Qan axıtsın gözləri, min dərdə olsun mübtəla, Qəlbi qəmdən, didəsi xunbaridən ayrılmasın.

Ayrılıq səhrasına düşsün görüm bu ayrılıq, Atəşi-hicrə yanıb heç naridən ayrılmasın.

Eyləmə şükvə Şəfai adəti çərxin budur, Görmədim bir əhli eşqi yaridən ayrılmasın.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.