Kimsə bizə hicran gecəsində güzər etməz
Kimsə bizə hicran gecəsində güzər etməz, Pəjmürdə olan halıma bir kəs nəzər etməz.
Qəm qoymadı məndən bir əsər yar yolunda, Heç bir kəsə könlümdəki qəmlər əsər etməz.
Öldüm qəmi-hicrində, xəbər tutmadı bir kəs, Halın necədir, kimsə mənə heç xəbər etməz.
Çoxdur hamudan dərdü qəmim, çünki sənin tək Heç bir gözəl öz aşiqini dərbədər etməz.
Eşqinlə ciyərlər oda yandı, külə döndü, Mehrin dəxi heç kimsəni xuninciyər etməz.
Ey şuxi-cəfakar, vəfa eylə ki, heç kəs Incitməyi, öldürməyi zənni-hünər etməz.
Tərk eylə bu aləmdə nə var, qorxma Füzuli! Təklik yolunun saliki xofi-xətər etməz.