Kimin ki, mən kimi var sinəsində daği-ciyər
Kimin ki, mən kimi var sinəsində daği-ciyər, Tutar bu gizli qəmi-eşqdən yəqin o xəbər.
Öpüb ətəkləri tək xaki-rahini üzümüz, Sən ey gözüm yaşı, axma, qalıbdır ondan əsər.
Səp, ey külək, gözümə torpağı yolundan onun, Bu yolda qəlb evimə yoxsa çox xələl yetişər.
Sənin kimi əgər olmazsa rəhbər, ey saqi, Olar xumar baxışından yolumda xovfü xətər.
Oxun kimi qan axıtmaq olur bir adət ona, Bu qanlı kipriyə göz mərdümü edəndə nəzər.
Yolunda kölgəyəm, ey bəxt, rəhm qıl barı, Günəş kimi sala bu torpağa o bəlkə güzər.
Xəyali-ləli ilə bütlərin, Füzuli, dolub Gözün piyaləsi mey rəngli qanla şamü səhər.