Kimi nisbət qılım ol sərvi-sənubər qəddə
Kimi nisbət qılım ol sərvi-sənubər qəddə, Ucalardan ucadır qədrdə, həm qiymətdə.
Ona düşmən eləyən pisliyi o yaxşı sanır, Pisə yaxşı deməsi yaxşı olur, əlbəttə.
Deməyə dərdimi məhrulərə həddim yoxdur, Deyim hədsiz qəmimi bəs kimə bu halətdə?
Məsnədi-eşqdə qiymət yox idi məndən əzəl, Göz yaşım göylərə qaldırdı onu şöhrətdə.
Mişk xətli, gümüş əndamlı, ay üzlü sevəli, Qəlbimin tüstüsü qoymuş günümü zülmətdə.
Bizə məqsəd bu çəməndə gül üzün görmək idi, Leyk yüz xari-məlamət görünür niyyətdə.
Ey Füzuli, bu qədər eşqə giriftar olma, Tez xilas et özünü, qalmayasan zillətdə.