Əsas məzmuna keç

Qəzəl

Kim var, görəsən, kuyinə yarın güzər etsin

Məhəmmədəli Şəfai

2

Kim var, görəsən, kuyinə yarın güzər etsin, Bu haləti-zarımdan onu baxəbər etsin.

Bu dərdi-fəraq eylədi dilxun məni-zari, Yarəb, görüm ol zalımı məndən betər etsin.

Hicran gecəsi zali-fələk istədi naçar, Ulduzlarını ahım oxuna sipər etsin.

Yandıqca ürək qəm oduna, seyli-sirişkim Az qaldı Azərbaycanı bəhri-xəzər etsin.

Heç olmadı ol səngdil ayinə cəmalə, Bu ahi-cigərsuzlərim bir əsər etsin.

Yaran deyin, ol yari cəfakarə saqınsın, Bu eylədiyi cövrü-cəfadən həzər etsin.

Kam almayacaq istədiyindən o ki, istər Öz şənliyinə özgələri didə tər etsin.

Gördünmü o nahəq qanı pərvanəi-zarın Şəmə o qədər vermədi möhlət, səhər etsin.

Bəs eylə, Şəfai, sözü gəl bunca uzatma, Qorxum budu ol dilbər üçün dərdəsər etsin.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.