Kim ola göndərəm mən yerə qarşu
Kim ola göndərəm mən yerə qarşu Ki, artır həsrət ilə yarə qarşu.
Qərarım qalmadı, səbr etdü həddən, Dü çeşmim nərgisi-bimarə qarşu.
Gər uymaz gözlərim hicrin ğəmindən, Nola ah eyləsəm bidarə qarşu.
Ki, sənisz olmuşam bülbüli-şeyda, Nola fəryad edəm gülzarə qarşu.
Yüzündə zülfini gördüm, dedim ki, İmani bağlama zünnarə qarşu.
Asıldım ənkəbut tək, ey dilaram, Müənbər türreyi-tərrarə qarşu.
Mənimçündür əgər qılsan bəşarət, Həmişə ğönçə, nar əğyarə qarşu.
Xətayi xəstədir, istər vüsalın, Dəmadəm qıl nəzər bimarə qarşu.
Lüğət: Çeşmi – giryan – ağlar göz; Hicr – ayrılıq; Şeyda – vurğun; Dilaram – ürək dincliyi, gözəl; Müənbər – ətirli; Bəşarət – xoş xəbər, muştuluq; Nar – od