Kim ki, Seyyid, özünə bir gözəli yar bilir
Kim ki, Seyyid, özünə bir gözəli yar bilir, Nə qədər cövr eləsə canə səzavar bilir.
Nə qədər cövrü sitəmdən edə məşuqu günah, Genə aşiq özün eşqində günəhkar bilir.
Belədir qaidə gülzari-cahan içrə ki, gül Bülbülü tərk qılıb, həmdəmini xar bilir.
Kimini Turi-təcəlladə yaxar bərqi-cəmal, Kimini izzət ilə qabili-didar bilir.
Özüvü dilbərə laqeyd gərək göstərəsən, Zülm bünyad edib ol vəqt ki, naçar bilir.