Əsas məzmuna keç

Qəzəl

Kim ki, sərməst oluban aşiqi-didar degil

Şah İsmayıl Xətai

1

Kim ki, sərməst oluban aşiqi-didar degil, Sən ona yar demə, yar degil, yar degil.

Ruzi-məhşərdə dutub damənini sanki derəm: “Bu dəxi, ey gözəlim, dünyeyi-qəddar degil”.

Zahid ol yüzini divarə dutub əl götürür, Aşiqin məqsudi didar ola, divar degil.

Şahimin könlü bilür ol ki ğənidir həmişə, Münkir oldur ki, bu sözlərimə iqrar degil.

Ləşkərim, ğazilərim, sufilərim, pirlərim, Can ilə başı bu yolda mana inkar degil.

Qır Yezid ilə xəvarici, tükət, qalmaya heç, Nişə kim, Cə’fəri məzhəbə tələbkar degil.

Ey Xətayi, bu cahan mülkini sən qalmaya gör, Çünki heç kimsəyə qalmadı, sana yar degil.

Lüğət: Didar – görüş, üz; Damən – ətək; Münkir – inkar edən, danan; Ləşkər – qoşun

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.