Əsas məzmuna keç

Qəzəl

Kim ki, meyxanəni bu dəhrdə bünyad etdi

Seyid Əzim Şirvani

1

Kim ki, meyxanəni bu dəhrdə bünyad etdi, Həqq onu şad edə kim, aləmi dilşad etdi.

Seyli-qəm etmiş ikən aləmi-imkanı xərab, Rəhmət ol şəxsə ki, meyxanəni abad etdi.

Bəndeyi-piri-müğanəm ki, inayətlər edib, Özlügümdən məni bir cam ilə azad etdi.

Zahida, düxtəri-rəz ümmi-fəsad isə əgər, Nəxli-ənguri neçin həqq özü icad etdi?

Hamı məscid tərəfə getsə əgər, ey Seyyid, Bəs neçin piri-müğan meykədə bünyad etdi.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.