Əsas məzmuna keç

Qəzəl

Kim ki, bildi bu siratil-müstəqimin rahını

İmadəddin Nəsimi

1

Kim ki, bildi bu siratil-müstəqimin rahını, Əhli-irfan olduvü bildi yəqin Allahını.

Göydəki cümlə məlaik adəmə qıldı sücud, Həq-təaladan gör anın bunca izzü cahını.

Həq buyurmuş ərzülillah aqibət lil-müttəqi, Çün deyilsən müttəqi, mülk etmə ərzüllahını.

Çün əmirəlmö’minin mən nöqteyi-bayam dedi, Kim ki, hərfin sirrini bilməz nə bilsin şahını?

Küllü-şey’ün halik oldu, qaldı illa vəchəhu, Hər yanadan baxdı arif, gördü vəchüllahını.

Ey Nəsimi, hər kim öz nəfsindən oldu baxəbər, Cümleyi-əşyada zahir gördü nitqüllahını.

______________________Milli Kitabxana_______________________

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.