Əsas məzmuna keç

Qəzəl

Kim ki, aldandı cahanın ağulu ləzzatına

İmadəddin Nəsimi

1

Kim ki, aldandı cahanın ağulu ləzzatına, Düşdü şol mənsubəsi çox dünyanın şəhmatına.

Divi-məl’undur, saqın, əmmarə nəfsin mərkəbi, Minmə, gər azğun degilsən nəfsi-şumun atına!

Də’va eylərsən ki, həqqi bilmişəm, sadiq degil, Çün dəlilin yoxdur, ey münkir, anın isbatına.

Zülfü qaşın, kirpigindir tilkə ayatül-kitab, Üştə müshəf, gəl bax anın surəvü ayatına!

Taətü zikrü namazı məkrü fəndir zahidin, Arif ol, aldanma billah, zahidin tamatına!

Nəfxeyi-surun sədası dutdu afaqı, eşit, Ey olan aşiq, həmirin ənkərəl-əsvatına!

Kafirin bütxanəsidir dünyanın kaşanəsi, Yoxdur imanı anın kim, səcdə qıldı latına.

Cami-Cəmşid oldu hər şey, surətindən uy verür, Ey günəş, feyzin irişdi aləmin zərratına!

Zatının eynidir Allahın süfatı, ey bəşər, Leykin ol bildi bu rəmzi kim, irişdi zatına.

Surətin gör kim, nə müğləqdir anın mə’nisinə, Kimsənin əqli irişməz kəndi idrakatına.

Çün camalından Nəsimi əbcədin qıldı tamam, Eynü mimin əmməsindən irdi vəssafatına.

______________________Milli Kitabxana_______________________

Lüğət: Şol – O; Əmmarə – Əmr edən; Nəfsi – şum – Uğursuz nəfs; Mərkəb – Minik heyvanı; Münkir – Inkar edən ______________________Milli Kitabxana_______________________; Tilkə – Bu, budur; Müshəf – Kitab; Taət – Din və dünya qaydalarına itaət etmə; Zikr – Xatırlama, söyləmə; Ənkərəl – əsvat – Qulaqbatıran, ətürpərdən (səs); Cami – müsəffa – Saf şərab; Müğləq – Aydın olmayan

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.