Kim dilərsə görməyə təhqiq rəhman surətin
Kim dilərsə görməyə təhqiq rəhman surətin, Gəlsin ol görsün yəqin canan ilə can surətin.
Münkir olma bu sözə, varub kəlamüllahda gör, Əhsəni-təqvim ilə göstərdi rəhman surətin.
Mən-ərəfna hökmilə öz nəfsini gər bilməsən, Həq bilir səndən ayırmaz kimsə heyvan surətin.
Küntə kənz əsrarı məxfi qalmasın deyib fəqih, Verdi uş adəm libasında sana can surətin.
Ta ki, əmrullah qılıncı boynuna düşmək üçün, Zahidi gör kim, örünmüşdür müsəlman surətin.
Daima çünki Nəsimi həq görür lareybə fih, Dilbəri üzündə, billah, gördü rəhman surətin.
Lüğət: Münkir – İnkar edən; Kəlamüllah – Allah sözü; Kənz – Xəzinə; Əsrar – Sirlər