Əsas məzmuna keç

Qəzəl

Kim deyir bağda qədin tək sərv yox, ey can alan

Məhəmməd Füzuli

1

Kim deyir bağda qədin tək sərv yox, ey can alan! Var, lakin sən kimi yox fitnəkar sərvi-rəvan.

Hansı yer var qamətindən olmamış orda fəsad, Hansı yer var çöhrə açdın, qopmadı ahü fəğan?

Ölmüşəm hicrində yarın, yaxmaz ahım qəlbimi, Qəlbə ah təsir edərmi cismdə olmazsa can?

Oxlarından qan damar bir-bir çəkərkən sinədən, Rəsmdir, qan ağlayır istəkli dostdan ayrılan.

Göz yumub rüxsarinə, dərdə təhəmmül eylərəm, Göz yaşımda qərq olar dünya səni görsəm, inan!

Göz yaşımda zülmə bax kim, isladıb səhraları, Qoymadı tufan ola bu odlu ahımdan əyan.

Tərk qılmazsa Füzuli kuyini, sanma əcəb, Qalxa bilməz, eşq dərdi qəddini qılmış kəman.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.