Ki, çıxdı qönçədən sünbül giriban çak edər məntək
Ki, çıxdı qönçədən sünbül giriban çak edər məntək, Dəlindi qüssədən bağrım, sən etmə yürəgim yarə.
Çəmənlər müxtəlif oldu həzar əlvan çiçəklərdən, Açıldı laləvü nəsrin, şükufə gəldi əşcarə.
Açıldı nərgisü lalə, tutubdur yasəmən çadır, Söyütlər, ərğəvan titrər, qamışlar mindi ənharə.
Bənövşə, gül tamaşası qənimət bil ki, beş gündür, Satar mə’şuqə gül hüsnün, xəridar ol bu bazarə.
Yaxıldı canına canı dəmi-İsa Nəsiminin Vüsali dərdinə dərman, irişdi cani-bimarə.
Lüğət: Ərğəvan – Ərğəvan (al qırmızı rəngli gül)