* Ki afaq
* Ki afaq
Məgər mişkin saçın buyu nəsimi-sübhə yar oldu Ki, canpərvər dəmi anın saçıntək mişkbar oldu. Üzün dövründə, ey huri, camalü hüsn ilə hər kim Qəmərtək də’viyə düşdü, üzündən şərmsar oldu. Hilalın qabə qövseyni nə qüdrət qövsimiş, yarəb, Ki, qurban oldu ol yaya cahanü can şikar oldu. Üzündən kim ki, şeytantək hidayət bulmadı nura, Əzəldən ta əbəd şəksiz, ləinü əhli-nar oldu. Əgərçi firqətin qışdır ki, əl bərdü ədüvvid-din, Həqə minnət ki, vəslindən gül açıldı, bahar oldu. Nə tubadır boyun, yarəb ki, sərv ana sücud eylər, Nə kövsərdir əcəb lə’lin ki, xəmri bixumar oldu. Sulu inculərin dürcü qodu əndişə həm adın, Məgər əndişənin eyni ləbin dövründə var oldu. Səyamın ayıdır üzün, saçın qədr, üştə həq tanuq, Gəl, ey vəhyi bilən arif ki, Qur’an aşikar oldu. Saçın qalubəla rəmzin nədən faş eylədi xəlqə, Məgər qövlü qərarından qərarı biqərar oldu? Rümuzi-leylətül-əsra, gəl, ey zahid, eşit məndən Ki, ol bildi bu sirri kim, əmini kirdigar oldu. Hesabın saəti gəldi nə sayırsan, nə sanırsan? Şümarın sağişin bil kim, hesabın bişümar oldu.
Lüğət: Hidayət – Doğru yolda rəhbərlik; Nar – Od; Xəmr – Şərab; Dürc – Mücrü; Əndişə – Fikir; Qövl – Qohum; Rümuz – Rəmzlər S; Şümar – Say T; Bişümar – Saysız-hesabsız