Əsas məzmuna keç

Qəzəl

Kərəm qıl, kəsmə, saqi, iltifatın binəvalərdən

Məhəmməd Füzuli

1

Kərəm qıl, kəsmə, saqi, iltifatın binəvalərdən, Əlindən gəldigi xeyri diriğ etmə gədalərdən.

Əsiri-qürbətiz, bir səndən özgə aşinamız yox, Ayağın kəsmə, başinçün, bizim möhnətsəralərdən.

Səba, kuyində dildarın nədir üftadələr hali? Bizim yerdən gəlirsən, bir xəbər ver aşinalərdən.

Demə, zahid ki, tərk et simbət bütlər təmaşasın, Məni kim qurtarır Tanrı sataşdırmış bəlalərdən.

Girib məscidlərə, gər müqtədalər peyrəvi olman, Budur vəchi ki, hərgiz görmədim üz müqtədalərdən.

Təbiba, xaki-kuyi-yardəndir əşk təskini, Bizə artırma zəhmət, göz yaşarar tutiyalərdən.

Fələkdir mehri zayil, yar qafil, ömr müstə’cil, Nədir tədbir, bilmən, canə yetdim bivəfalərdən.

Vücudim ney kimi surax-surax olsa, ah etmən, Məhəbbətdən dəm urdum, incimək olmaz cəfalərdən.

Füzuli, nazəninlər görsən, izhari-niyaz eylə, Tərəhhüm umsa, eyb olmaz, gədalər padişalərdən.

Lüğət: Diriğ – heyf; əsirgəmək; Zahid – dünya işlərindən əl çəkərək ibadətlə məşğul olan adam; Əşk – göz yaşı; Surax – dəlik, deşik; Tərəhhüm – rəhm etmək

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.