Əsas məzmuna keç

Qəzəl

Kəmali-hüsn veribdir şərabi-nab sana

Məhəmməd Füzuli

1

Kəmali-hüsn veribdir şərabi-nab sana, Sana həlaldir, ey müğıbeçə, şərab sana.

Səni mələk görəli yazmaz oldu eşqi günah, Vəli yazıldı bu üzdən bəsi səvab sana.

Ləbin sualına verməz cəvab üşşaqın, Sual olursa bu səndən, nədir cəvab sana?

Cəza günündə sorulmaz xətalər eylədigin, Yetər fəğan ilə mən verdigim əzab sana.

Məni qərarım ilə qoymaz oldun, ey gərdun, Yeridir ahim ilə versəm inqilab sana.

Şüayi-cövhəri-tiğindən umma rəhm, ey dil, Saqınma su verə, ey təşnə, ol sərab sana.

Füzuli, başına ol sərv sayə saldı bu gün, Ülüvvi-rif’ət ilə yetməz afitab sana.

Lüğət: Gərd – toz; Sərab – miraj; Ülüvv – ucalıq, yüksəklik

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.