Əsas məzmuna keç

Qəzəl

Keçən şəb bir məkanda bir nigari-sadə gördüm mən

Seyid Əzim Şirvani

1

Keçən şəb bir məkanda bir nigari-sadə gördüm mən, Xədəngi-qəmzəsin can almağa amadə gördüm mən.

Yığılmışdı o bəzmi-canfəzayə hurü qılmanlar, Behişti-Ədn kim derlər, onu dünyadə gördüm mən.

Xədəngi-qəmzəsindən, onların tiri-nigarından Özümtək əhli-bəzmi sərbəsər üftadə gördüm mən.

Yıxıldım, huşdən getdim, tutuldu nitq, Musatək Təcəlla nurunu çün vadiyi-Sinadə gördüm mən.

Müsəlmanzadə idim, döndüm axır bütpərəst oldum, Məhəmməd nurunu çün ol büti-zibadə gördüm mən.

O bəzmi bir də, Seyyid, görmək olmaz, ağlaram hər gün, Ki guya ol büsatı dün gecə röyadə gördüm mən.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.