Əsas məzmuna keç

Qəzəl

İstəyir şəhrdən ol dilbəri-məhparə gedə

Seyid Əzim Şirvani

1

İstəyir şəhrdən ol dilbəri-məhparə gedə, Günümü hicrdə zülfütək edib qarə gedə.

Bu xəbərdən ki, gedib yar, ürəgim getdi mənim, Ah o gündən ki, müqabildən o məhparə gedə.

O kaman qaş nola kim, tiri-nigahilə məni Bir səvab eyləyibən öldürə, qurtarə, gedə.

Axıb ey qanlı yaşım, yolları məsdud eylə, Qoyma kim, bir tərəf ol dilbəri-xunxarə gedə.

Qorx o gündən ki, o məhparə fərağında, fələk, Badə ahımla mənim sabitü səyyarə gedə.

Çəkə zənciri-səri-zülfə dili-şeydanı, Qıla bu Seyyidi-divanəyə bir çarə, gedə.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.