İstərsən əgər, ey dili-şeyda, fərəh olsun
İstərsən əgər, ey dili-şeyda, fərəh olsun, İç dilbər ilə sağəri-səhba, fərəh olsun.
Öp ləli-ləbi-dilbəri, iç badeyi-gülgun, Məcuni-müfərrehdi, sənə ta fərəh olsun.
Sərbəstə müəmmadı sor ol qönçə dəhanı, Şayəd ki, açılsın bu müəmma, fərəh olsun.
İç badə ki, olsun iki əmrin biri hasil, Ya qüssə gətirsin sənə mey, ya fərəh olsun.
Mövquf isə qəlbin fərəhi qətlimə, billah, Öldür məni, ey dilbəri-ziba, fərəh olsun.
Giryan səni gördükdə olur gül kimi xəndan, Tək ol gülə, ey Seyyidi-rüsva, fərəh olsun.