İstərəm görmək səni bir şəxsə imkan olmasın
İstərəm görmək səni bir şəxsə imkan olmasın, Məndən özgə hüsnüvə bir kəs nigəhban olmasın.
Düşməyə ta ki yer üzrə sayeyi-nəxli-qədin, Gecələr şəmü günüzlər mehr rəxşan olmasın.
İstərəm bir xasi-xəlvət yar ilə aləmdə kim, Vaqifi ol xəlvətin ta ki dilü can olmasın.
Canü dil biganədir bəzmi-visali-yardə, Aşinanın bəzminə biganə mehman olmasın.
Xarlər hərdəm görür, ey gülbədən, rüxsarüvi, Rəşkdən qönçə kimi könlüm necə qan olmasın?
İstərəm canım alıb, boynuma salsın zülfünü, Ya rəb, ol gülrüx bu sövdadən pəşiman olmasın.
Ol büti-tərsadə hər kim görsə nuri-vəhdəti, Hiç mümkündürmü o eşq ilə Sənan olmasın?
Zülfü rüxsarı xəyalı ruzü şəb bəsdir ona, Aşiqin könlündə fikri-küfrü iyman olmasın.
Özgə aləmdir həqiqətdə bu vəhdət aləmi, Kəsrət ilə aşiqin halı pərişan olmasın.
Ey xudavəndi-əhəd, öz birligin həqqi, mənim Xatirim, Seyyid kimi qəmdən hərasan olmasın.