İstərəm bir gülü nə bağü nə bostan gülüdür
İstərəm bir gülü nə bağü nə bostan gülüdür, Bülbüləm bir gülə kim, rövzeyi-rizvan gülüdür.
Eşqimi eyləmə nisbət özüvə, ey bülbül, O sənin istədigin fəsli-gülüstan gülüdür.
Cümleyi-rövzeyi-rizvanda tapılmaz belə gül, Güli-xoşrayihədir, çünki bu Qazyan gülüdür.
Bu güli-xilqəti-xaliqdə lətafət çoxdur, Sanma kim, bu güli-xoşrayihə Səlyan gülüdür.
Ey xuda, kim çəkər axırda gülabın bu gülün, Dərdi-sər dəfinə aləmdə bu, dərman gülüdür.
Ərəqi-ruyi-Məhəmməddən olub gül zahir, Bu güli-tazə məgər, ol şəhi-dövran gülüdür.
Ya Məhəmməd özüdür, gül ərəqi-pakı onun, Rüxi-zibayi-dilarası bunun can gülüdür.
Səlavat eylə görüb surəti-pakın, Seyyid, Rüxi-həmrası bunun xaliqi-sübhan gülüdür.